Bakı. Trend:
Azərbaycan Uqanda ilə diplomatik pasport sahiblərini vizadanqarşılıqlı azad edəcək.
Trend xəbərverir ki, bununla bağlı məsələlər Milli Məclisin növbəti plenariclasının gündəliyinə daxil edilib.
2025-ci il 15 oktyabr tarixində Kampala şəhərində imzalanmışAzərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökumətiarasında diplomatik və xidməti pasport sahiblərinin vizatələblərindən azad edilməsi haqqında Saziş iki dövlət arasındadostluq münasibətlərinin inkişaf etdirilməsi, rəsmi səfərlərin vəqarşılıqlı təmasların sadələşdirilməsi məqsədi daşıyır.
Sazişə əsasən, Tərəflərin etibarlı diplomatik və xidmətipasportlara malik vətəndaşları digər Tərəfin dövlətinin ərazisinəvizasız daxil ola, oradan tranzit keçə, habelə hər 180 gün ərzində90 gündən artıq olmayan müddətdə həmin ərazidə qala bilərlər. Buşəxslərin qəbul edən dövlətdə qalması, yaşaması, əmək fəaliyyəti vədigər hüquqi məsələlər həmin dövlətin daxili qanunvericiliyinəuyğun olaraq tənzimlənir.
Saziş diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalqtəşkilatlar yanında akkreditə olunmuş diplomatik və xidməti pasportsahiblərinin, eləcə də onların ailə üzvlərinin hüquqi statusunumüəyyən edir. Akkreditasiyadan sonra bu şəxslər təyinat müddətiərzində qəbul edən dövlətin ərazisinə vizasız daxil ola, tranzitqaydada keçə, orada qala və ölkəni tərk edə bilərlər.
Sazişlə diplomatik və xidməti pasport sahiblərinin digər Tərəfindövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq olanistənilən sərhəd-buraxılış məntəqələrindən daxil olması və həminərazini tərk etməsi nəzərdə tutulur. Eyni zamanda, pasportlarınitirilməsi, oğurlanması, korlanması və ya etibarlılıq müddətininbaşa çatması hallarında müvafiq dövlət orqanlarınınməlumatlandırılması və yeni səyahət sənədlərinin verilməsiqaydaları tənzimlənir.
Saziş milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlıqməqsədləri ilə onun icrasının müvəqqəti olaraq tam və ya qisməndayandırılması, habelə "persona non grata" və ya arzuolunmaz şəxshesab edilən şəxslərin ölkəyə girişinə imtina edilməsi hüququnuTərəflər üçün saxlayır. Sazişin təfsiri və tətbiqi ilə bağlıyaranan mübahisələr diplomatik kanallar vasitəsilə məsləhətləşmələryolu ilə həll edilir.
Saziş qeyri-müəyyən müddətə bağlanıb və Tərəflərin daxiliprosedurların tamamlandığını təsdiq edən sonuncu yazılıbildirişinin diplomatik kanallarla alınmasından 30 gün sonraqüvvəyə minir. Tərəflərdən hər biri Sazişi diplomatik kanallarvasitəsilə yazılı bildiriş göndərməklə ləğv edə bilər, bu haldaSaziş bildirişin alındığı tarixdən 90 gün sonra qüvvədən düşür.
“Azərbaycan Respublikası Hökuməti ilə Uqanda RespublikasıHökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizatələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsibarədə qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.