AZ

Azərbaycan Somali ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək

Bakı. Trend:

Azərbaycan Somali ilə diplomatik pasport sahiblərini vizadanqarşılıqlı azad edəcək.

Trend-inməlumatına görə, bununla bağlı məsələlər Milli Məclisin bugünküplenar iclasında müzakirə edilib.

Bildirilib ki, 2025-ci il 15 oktyabr tarixində Kampala şəhərindəimzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Somali FederativRespublikası Hökuməti arasında diplomatik pasport sahiblərininvizadan qarşılıqlı azad edilməsi haqqında Saziş iki dövlət arasındadiplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərinsadələşdirilməsi məqsədi daşıyır.

Sazişə əsasən, tərəflərin etibarlı diplomatik pasportlara malikvətəndaşları digər tərəfin ərazisinə daxil olmaq, oradan çıxmaq vətranzit keçmək üçün vizadan azad edilir və hər 180 gün ərzində 90gündən artıq olmayan müddətdə həmin ərazidə qala bilərlər. Qalmanın90 gündən artıq olması hallarında qəbul edən dövlətin milliqanunvericiliyinə uyğun olaraq viza və müvafiq icazənin alınmasıtələb olunur.

Saziş diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalqtəşkilatlarda fəaliyyət göstərən diplomatik pasport sahiblərinin vəonların ailə üzvlərinin hüquqi statusunu tənzimləyir, habelədiplomatik pasportların itirilməsi və ya dəyişdirilməsi hallarındaqarşılıqlı məlumatlandırma və yeni səyahət sənədlərinin verilməsimexanizmini müəyyən edir.

Bununla yanaşı, Saziş milli təhlükəsizlik, ictimai asayiş vəictimai sağlamlığın qorunması məqsədilə tərəflərin özqanunvericiliklərinə uyğun olaraq ölkəyə giriş, qalma müddəti vəarzuolunmaz şəxslərlə bağlı tədbirlər görmək hüququnu saxlayır.

Saziş tərəflərin müvafiq dövlətdaxili prosedurlarınıntamamlanmasını təsdiq edən son yazılı bildirişin diplomatikkanallar vasitəsilə alındığı tarixdən doxsanıncı gündə qüvvəyəminir, 5 il müddətinə bağlanır və avtomatik olaraq növbəti beşillik dövrlər üçün uzadılır.

“Azərbaycan Respublikası Hökuməti ilə Somali FederativRespublikası Hökuməti arasında diplomatik pasport sahiblərininvizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsibarədə qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.

Seçilən
72
4
az.trend.az

6Mənbələr