AZ

Azərbaycanın elektron ticarətdən əldə etdiyi gəlirlər 2027-ci ilə qədər 2 dəfə arta bilər - AİB

Bakı. Trend:

Qarşıdakı beş il ərzində Azərbaycanın elektron ticarətsektorunda əhəmiyyətli artım gözlənilir: proqnozlara əsasən,gəlirlər 2022-ci ildəki 1,76 milyard ABŞ dollarından 2027-ci iləqədər 3,45 milyard ABŞ dollarına yüksələcək.

Trend bu barədəAsiya İnkişaf Bankının hesabatına istinadən xəbər verir.

AİB-in hesabatına görə, Azərbaycanda elektron ticarətdən əldəolunan gəlirlər son beş il ərzində iki dəfədən çox artaraq 2017-ciildəki 742 milyon ABŞ dollarından 2022-ci ildə 1,76 milyard ABŞdollarına çatıb.

2027-ci il üçün proqnozlara əsasən, Azərbaycan elektronticarətdən gözlənilən gəlirlərə görə Mərkəzi Asiya ölkələriarasında Qazaxıstandan (5,909 milyard ABŞ dolları) sonra ikinciyeri tutacaq. Regionun digər ölkələri üzrə proqnoz göstəricilərbelədir: Qırğızıstan – 799 milyon ABŞ dolları, Tacikistan – 472milyon ABŞ dolları, Türkmənistan – 543 milyon ABŞ dolları,Özbəkistan – 2,640 milyard ABŞ dolları.

CAREC-in (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) digər üzvölkələrində isə 2027-ci ilə qədər elektron ticarətdən gözləniləngəlirlər belə olacaq: Gürcüstan – 1,146 milyard ABŞ dolları, Çin –2,375 trilyon ABŞ dolları, Monqolustan – 716 milyon ABŞ dolları,Pakistan – 8,101 milyard ABŞ dolları.

Bazarın istifadəçi sayı baxımından həcminə gəldikdə, Azərbaycanüçün 2026-cı il üzrə proqnoz 3,9 milyon nəfər səviyyəsində qalır,2027-ci ildə isə istifadəçilərin sayının 4 milyona çatacağıgözlənilir.

2017–2027-ci illərdə Azərbaycanda elektron ticarət bazarınınhəcminin dinamikası aşağıdakı kimidir:

İl

İstifadəçilərin sayına görə baza ölçüsü (mln nəfər)

2017

2.3

2018

2.6

2019

3.1

2020

3.3

2021

3.5

2022

3.6

2023

3.7

2024

3.8

Məqalədə:
Seçilən
113
1
az.trend.az

2Mənbələr