AZ

Dünyanın ən bahalı qapıçısının adı bəlli oldu

BAKI, 30 dekabr. TELEQRAF

Nüfuzlu Transfermarkt portalı bu günə olan vəziyyətə görə dünyanın ən bahalı 10 qapıçısının siyahısını açıqlayıb.

Teleqraf xəbər verir ki, mənbənin versiyasına əsasən, futbol tarixində ən bahalı qapıçı adı “Mançester Siti”nin və İtaliya millisinin üzvü Canluici Donnarummaya məxsusdur.

“Şəhərlilər”in formasını geyinən futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.

Reytinqdə ikinci pillədə “Portu”nun qapıçısı Dioqu Koşta (40 milyon avro), üçüncü yerdə isə Dortmund “Borussiya”sının üzvü Qreqor Kobel (40 milyon avro) qərarlaşıb.

Donnarumma 2025-ci ilin yayından etibarən “Mançester Siti”də çıxış edir. İtaliyalı qolkiper daha əvvəl Fransanın PSJ klubunun formasını geyinib.

Seçilən
154
teleqraf.com

1Mənbələr