
"ChatGPT"nin inkişaf etdiricisi olan OpenAI, süni intellektin yaratdığı təhdidlərlə mübarizə aparmaq üçün "hazırlıq rəhbəri" vəzifəsinə yeni rəhbər axtarır.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sem Altman sosial mediada hesabında paylaşım edib.O verdiyi açıqlamada namizədlərə bu vəzifənin "stresli bir iş" olacağı barədə xəbərdarlıq edib və vəzifə maaşının 555.000 dollar olacağını vurğulayıb."Bu yeni yaradılmış rol kibertəhlükəsizlik, bioloji risklər və insanlar arasında qarşılıqlı əlaqə sahələrində süni intellekt modellərini əhatə edir və potensial təhdidləri əvvəlcədən görərək və məhdudlaşdırmağı nəzərdə tutub",-Sem Altman əlavə edib.İlahə QənbərliMissiya.Az