31 dekabr artıq sadəcə bir tarix deyil – bu gün dünya azərbaycanlılarını bir araya gətirən mənəvi bağ, onların doğma Vətənə sədaqətinin simvolu, milli birlik iradəsinin təntənəsi, həmçinin müstəqil Azərbaycan dövlətinin gücünü nəzərə çarpdıran mühüm ideoloji bayramdır.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Çingiz İbrahimov deyib. O bildierib ki, bu gün hər bir azərbaycanlı üçün həm qürur, həm məsuliyyət, həm də gələcəyə ümid mənbəyidir:
"30 ildən artıqdır ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli özünüdərkinin, mənəvi bütövlüyünün və Azərbaycançılıq ideyasının mühüm rəmzinə çevrilmişdir. Bu günün dövlət bayramı kimi qeyd olunması təsadüfi seçim deyil, xalqımızın milli azadlıq mübarizəsinin, dövlətçiliyə bağlılığının və milli birlik amalının məntiqi nəticəsidir. Azərbaycan xalqının zəngin, çoxqatlı tarixi, minillərlə formalaşmış kimliyi və müstəqillik iradəsi məhz bu bayramın ideya əsasını təşkil edir".
Fuad