AZ

Daha bir klubun oyunçuları maaşsız qalıb - “Səbirli olun”

Azərbaycan I Liqasının iddialılarından olan “Mingəçevir”də futbolçular yenidən maaş ala bilmir.

"Yeni Sabah" futbolinfo.az-a istinadla xəbər verir ki, 2 aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir.

Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “Səbrli olun” cavabını verir. Bu isə onları qane etmir.

Xatırladaq ki, “Mingəçevir”in sponsoru ASTA şirkətidir.


Telegram kanalımız
Seçilən
94
yenisabah.az

1Mənbələr