AZ

 "Rialın dəyərini itirməsi Tehran bazarını ayağa qaldırdı"

Dünən Britaniyanın “Financial Times” qəzeti İranda milli valyuta rialın kəskin dəyər itirməsinin son etirazların əsas səbəblərindən biri olduğunu yazıb. Nəşrin təhlilinə görə, rialın tarixi minimumlara enməsi xüsusilə Tehran bazarlarında narazılığı artırıb.

Qəzet qeyd edir ki, 12 günlük müharibədən sonra İslam Respublikası güclənən sanksiyalar və neft satışındakı çətinliklər fonunda ciddi iqtisadi təzyiqlərlə üzləşib. Rəsmi məlumatlara əsasən, 2025-ci ilin dekabrında bitən 12 ay üzrə illik inflyasiya 42,2 faizə çatıb.

Nəşrin yazdığına əsasən, dolların məzənnəsinin sürətlə artması bazar günü Tehranın mərkəzində elektronika satıcılarının ayağa qalxmasına səbəb olub. Ardınca Tehranın Böyük Bazarındakı satıcılar tətillərə qoşulublar. 

Seçilən
19
anspress.com

1Mənbələr