Bakı. Trend:
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddiyardım verilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq bu gün76 mindən çox ailəyə birdəfəlik yardımları ödənilməsi başa çatacaq.Bu dəstək 335 mindən çox ailə üzvünü əhatə edəcək.
Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininüzvü Vüqar Bayramov parlamentin 2025-ci il payız sessiyasınınsonuncu plenar iclasında deyib.
Millət vəkili xatırladıb ki, 2025-ci il reallaşan 5-ci sosialpakket 3 milyondan çox vətəndaşı əhatə etməklə ölkədə sosialtəminat sisteminin daha güclənməsinə xidmət edib:
“2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manatayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezidentİlham Əliyevin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manatəlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıqəmək haqqı 8.1 faiz artıbsa, bu ilin ilk 10 ayında artım 9.4 faizolub. 2025-ci ilin yekununda nominal orta aylıq əmək haqqının 9.2faiz artacağı gözlənilir.
Bu isə o deməkdir ki, gələn aydan etibarən artıq bütün növpensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faizartırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çoxvətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütünnöv əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailəbaşçısını itirməyə görə əmək pensiyaları alan bütünvətəndaşlarımıza şamil olunacaq. Bu o deməkdir ki, 500 manatpensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manatartım olacaq.
Deputat əlavə edib ki, 2026-cı ildə Azərbaycanda orta aylıqpensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görəorta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illəmüqayisədə 7.9 %-dən çox artım deməkdir.
“Ehtiyac meyarının 300 manata çatıdırılması isə gələn ildənünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosialyardım məbləğinin artmasına səbəb olacaq. İlkin qiymətləndirmələrəgörə, 900 manat gəlirli 5 nəfərlik ailə, əvvəl aldığı təxminən 525manat əvəzinə, yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabıa 600manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olanailələrin daha yaxından dəstəklənməsi deməkdir”, - deyə o fikriniyekunlaşdırıb.