AZ

Abxaziya lideri Ukrayna ordusunun Putinin iqamətgahına hücum cəhdini pislədi- ÖZƏL

Abxaziyanın prezidenti Badra Gunba Ukrayna Silahlı Qüvvələrinin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına yönəlmiş hücum cəhdini kəskin şəkildə pisləyib. Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Alxas Çolokua məlumat verib.
Gunbanın sözlərinə görə, Abxaziya Rusiya ilə həmrəy olduğunu bildirir və baş verənləri "Kiyev rejiminin aqoniyası" kimi qiymətləndirir.
"Biz Rusiya Federasiyası prezidenti Vladimir Putinin iqamətgahına edilən hücumu qətiyyətlə pisləyirik. Rusiyaya tam dəstəyimizi ifadə edirik. Kiyev rejiminin bu cür dəli-addımlı hərəkətlərini yalnız aqoniya kimi dəyərləndirmək olar," - deyə Gunbanın açıqlamasında bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
77
50
olaylar.az

10Mənbələr