AZ

AİB qarşıdakı beş il ərzində Azərbaycanın "yaşıl keçid"inə dəstəyi davam etdirəcək

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) növbəti beş il ərzində Azərbaycanın“yaşıl keçid"ini dəstəkləməyə davam edəcək.

Trend xəbər verirki, bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoruSuniya Durrani-Camal videomüraciətində bildirib.

“Geridə qoymaqda olduğumuz ilin yekunlarını xülasə edərək,2025-ci ildəki nailiyyətləri qeyd edirik. AİB-in Azərbaycandakıkomandası iyul ayında AİB-in Direktorlar Şurası tərəfindəntəsdiqlənmiş Azərbaycanla tərəfdaşlıq strategiyamızın əsasınıtəşkil edən prioritetlərin müəyyənləşdirilməsi məqsədilənazirliklər, agentliklər və özəl sektorla sıx əməkdaşlıq edib. Bustrategiya ölkənin öz məqsədlərinə çatmasına necə dəstəkverdiyimizi, eləcə də təkcə milli deyil, regional səviyyədəinkişafı necə təşviq etdiyimizi müəyyənləşdirir.

Növbəti beş il ərzində AİB Azərbaycanın “yaşıl keçid"inədəstəyini davam etdirəcək. Biz əlavə dəyərin yaradılmasınınsürətləndirilməsi və iqtisadiyyatın dayanıqlığının artırılmasıyollarını axtaracağıq. Potensialın inkişafı və məşğulluğa dəstək dəprioritetlərimiz sırasında qalır. AİB rəhbərliyinin, o cümlədənvitse-prezidentlər İnmin Yanqın, Skott Morrisin, Barqav Dasquptanınvə baş direktor Lii Qutyerresin səfərləri bizim işimizə böyük töhfəverib”, – deyə o qeyd edib.

Suniya Durrani-Camal vurğulayıb ki, noyabr ayında AİB prezidentiMasato Kandanın Bakıya səfəri bankın Azərbaycanın “sülhdividendindən” faydalanmağa hazırlaşdığı bu mühüm mərhələdə ölkəyəsadiqliyini təsdiqləyib.

“İstənilən irəliləyiş tərəfdaşlarımızla əməkdaşlıq sayəsindəmümkündür və bu il böyük səylə çalışan hökumət, özəl sektor üzrəhəmkarlarımıza və dünyanın müxtəlif ölkələrindən olan AİBmütəxəssislərinə minnətdarlığımızı bildiririk. Azərbaycan AİB-əböyük etimad göstərib və biz daha keyfiyyətli xidmətlər təqdimetmək yollarını tapmaqla bu etimadı doğrultmaq niyyətindəyik. Bizdəmir yolları, Bakı metropoliteni və su təchizatı infrastrukturuüzrə iri investisiyaların icrasına, eyni zamanda kiçik və ortabiznesə dəstəyin genişləndirilməsinə hazırlaşırıq və paralel olaraq“yaşıl” və inklüziv Azərbaycan üçün yeni imkanları daimqiymətləndiririk”, – deyə o, sözlərini yekunlaşdırıb.

Məqalədə:
Seçilən
124
1
az.trend.az

2Mənbələr