AZ

Əli Kərimlinin imkanından böyük iddiası: “Yanından uzaqlaşan hər kəsi şantaj edirdi”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AXCP sədri Əli Kərimli hazırda həbsdə olsa da, “Facebook” profilindən absurd paylaşımlar davam etdirilir. 

Onun azadlıqda olanda siyasətdən daha çox bloger kimi fəaliyyət göstərdiyini nəzərə alsaq, indi admin heyətinin də anoloji xətti davam etdirməsi normal qarşılana bilər. Son olaraq Əli Kərimlinin “Facebook” səhifəsində müavini Ayaz Məhərrəmlinin imzası ilə bir paylaşım edilib. 

Hər nə qədər gülünc görünsə də, Əli Kərimli paylaşımda Nelson Mandela, Fidel Kastro, Məhəmməd Mursi, Lua Da Silva, Rəcəb Tayyib Ərdoğan kimi liderlərlə müqayisə olunub. Adıçəkilən şəxslərin bir müddət həbs olunduqdan sonra prezident seçilməsi AXCP sədri üçün “stimul” kimi qələmə verilib. Elə bu paylaşımdan Əli Kərimlinin də, onun komandasının da hansı təfəkkürdə olduğu görünür. Çünki Əli Kərimlini nə millət, nə də dövlət maraqlandırır. 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Niyaməddin Orduxanlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Əli Kərimlinin tarixi şəxsiyyətlərlə müqayisə olunması absurddur: 

“Bu, çox gülünc bir hərəkətdir. Öz lideri Əbülfəz Elçibəyə, dostlarına, yaxınlarına xəyanət etmiş bir adam hansı əsasla böyük iddialardan danışa bilər? Xalq Əli Kərimlini dəstəkləmir. Çünki o, Azərbaycan siyasi tarixinə xəyanətkar kimi düşüb. Biz onun Elçibəyə etdiyi xəyanətlərdən danışa bilərik. Hətta Elçibəy Əli Kərimlinin xəyanəti haqqında dediyi sözlər arxivdə də var. 

İstənilən şəxs Azərbaycan Milli Kitabxanasına gedərək, həmin dövrün mətbuatına nəzər sala bilər. Kərimli özünə yaxın mətbuat orqanlarında Elçibəyə qarşı iyrənc və təhqir dolu yazılar yazdırırdı”. Həmsöhbətimiz qeyd edib ki, Əli Kərimli üçün əsas prinsip maddi vəziyyət və nəyin bahasına olur-olsun hakimiyyətə gəlmək olub: 

“AXCP sədri yanından uzaqlaşan hər kəsi şantaj edirdi, onu “xəyanətkar” və “satqın” adlandırıdı. Lakin buna baxmayaraq, onun kim olduğunu bilən şəxslər dərhal ondan uzaqlaşırdılar. 

Belə satqın adamın dünya şöhrətli siyasətçilərlə müqayisə olunması gülüncdür. İctamiyyət ona yalnız gülə bilər. Əli Kərimlinin hansı siyasi əxlaqın sahibi olduğunu onu tanıyan insanlar gözəl bilirlər”. 

Süleyman 

“Cebheinfo.az”

Açar sözlər:

Əli Kərimli Niyaməddin Orduxanlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
cebheinfo.az

2Mənbələr