Qeyd olunanlarla yanaşı Quba Tarix Diyarsünaslıq Muzeyində Quba şəhər Hacıbaba Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi və Quba Tarix Diyarsünaslıq Muzeyinin birgə təşkilatçılığı və Yurd Gənclərin İntellektual İnkisafina Dəstək İctimai Birliyinin dəstəyi ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "27 Sentyabr - Anım Günü"nə həsr olunmuş Vətən müharibəsi mövzusunda “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual turnir, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional Nümayəndəliyinin, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Vətən müharibəsində qələbəmizin 5 illiyinə həsr olunmuş məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə "Zəfər liqası" adlı turnirlərin təşkilatçısı olan təşkilatın tərkibində fəaliyyət göstərən müəllimlərdən ibarət komandalar 2025-ci ildə həm “Nə? Harada? Nə zaman?”, həm də “Xəmsə” milli intellektual oyunu üzrə keçirilən respublika çempionatlarının qalibi olub, VI Azərbaycan kuboku turnirinin zona seçim mrhələsinin qalibi kimi final turnirində iştirak haqqı əldə edib.
Bu sözləri "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, qeyd olunanlarla yanaşı “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi təhsil müəssisələrindən də intellektual klubların fəaliyətinə dəstək verir, davamlı turnirlərin təşkil olunmasına köməklik göstərir. Bu baxımdan il ərzində Quba rayonu Elman Məmmədov adına Səbətlər kənd tam orta ümumtəhsil məktəbində, Xaçmaz şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət-fənləri təmayüllü məktəb-liseydə keçirilən “Nə? Harada? Nə zaman?” və “Xəmsə” milli intellektual oyunu üzrə intellekt marafonunları qeyd edilməlidir. Bu məktəblərdə təşkil olunan yarışlarda onlarla yeniyetmə və gənc həm biliklərini artırır, həm də asudə vaxtlarını səmərəli təşkil edirlər:
"Təşkilat ilin son tədbirini Xaçmaz rayonunda keçirib. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Xaçmaz rayonunun ümumtəhsil məktəblərində çalışan təhsilverənlər arasında Breyn rinq oyunu üzrə “Həmrəylik kuboku” turniri ilə 2025-ci ilə yekun vuran təşkilat 2026-cı ildə də qarşısına qoyduğu hədəflərə doğru yorulmadan fəaliyyət göstərmək əzmindədir. İnanırıq ki, bir sıra qurumlara gpmdırdiyimkz layihə təklifləri müsbət dəyərləndiriləcək və daha geniş fəaliyyətlərlə gənclərimizin bilik və bacarıqlarının artırılmasına, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə xidmət edəcəyik".