AZ

“Kəpəz”in istədiyi futbolçu təklifi bəyənmədi, pulu seçdi

“Kəpəz”in transfer etmək istədiyi Rati Ardazişvili karyerasını Çində davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi oyunçu israrla heyətinə qatmaq istəsə də, yarımmüdafiəçi Azərbaycan klubuna gəlməyib. Buna səbəb isə maliyyə şərtləridir.

Belə ki, gürcüstanlı futbolçuya Çindən sərfəli təklif gəlib. Sözügedən ölkənin “Quansi Xenqçen” klubu Ardazişviliyə “Kəpəz”in təklifindən 3-4 dəfə çox maaş önərib.

Oyunçu da buna görə Çin klubuna transfer olunub və yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Rati son olaraq Gürcüstanın yüksək liqa təmsilçisi “Qaqra” klubunda çıxış edib. Yarımmüdafiəçi  ötən mövsüm Gəncə təmsilçisində çıxış edib.

 

Seçilən
76
idmanxeber.az

1Mənbələr