Rusiya Vaşinqtonda elan edilən “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” (TRIPP) adlı erməni-amerikan layihəsi ətrafında baş verənləri diqqətlə izləyir.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Noev Kovçeq” qəzetinə müsahibəsində deyib.
O bildirib: "Hələ ki, bu möhtəşəm adı eşitmişik. Bildiyimiz qədər, onun həyata keçirilməsi ilə bağlı praktiki iş hələ başlamayıbr. Mövqeyimiz bu təşəbbüs konkret forma aldıqdan sonra formalaşacaq. Üstəlik, "Tramp marşrutu" Ermənistanın Aİİ-yə üzvlüyünə təsir göstərə bilər, çünki respublika ərazisindən malların keçidi həm də Aİİ-nin qaydalarıilə tənzimlənir. BUna görə də digər məsələlərlə yanaşı, bu məsələyə dair erməni tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq.
Rusiya davamlı olaraq Cənubi Qafqazda nəqliyyat əlaqələrinin blokadadan çıxarılması tərəfdarı olub, xüsusən də bu sahədə irəliləyiş ilkin olaraq 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmalara əsaslanıb.
"Hesab edirik ki, müvafiq proseslər regiondakı bütün maraqlı ölkələrin və onların qonşularının maraqlarını nəzərə almalıdır", - Kopırkin əlavə edib.
Telegram kanalımız