AZ

Ukrayna Putinin iqamətgahını hədəf alıb? - Zelenskinin bəyanatı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki rəsmi iqamətgahına iddia edilən pilotsuz təyyarə hücumu ilə bağlı açıqlama verib.

Missiya.Az xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlama yayıb.

Zelenski bildirib ki, Rusiyanın məqsədi Ukrayna ilə ABŞ arasındakı sülh danışıqlarına mənfi təsir göstərməkdir: “Ruslar Rusiya Prezidentinin iqamətgahına edilən hücum barədə yalan məlumat uydurublar”,- deyə o qeyd edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna diplomatiyanı zəiflədəcək addımlar atmır, lakin Rusiya əvvəllər Ukrayna Baş nazirinin Kiyevdəki ofisinə hücum edib və bu cür addımlar atmağa davam edir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
8
50
missiya.az

10Mənbələr