AZ

Latviya Rusiya ilə sərhədində hasarın tikintisini başa çatdırıb

Latviya Rusiya ilə sərhədində hasarın tikintisini başa çatdırıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna layihəyə cavabdeh olan dövlət şirkəti Valsts Nekustamie Ipasumi (VNI)-yə istinadən məlumat yayıb.

Son mərhələdə, "Igate" kompaniyası  tərəfindən inşa edilən 99 km-lik hasarın 72 km-i istifadəyə verilib.

Latviya-Rusiya sərhədindəki hasarın ümumi uzunluğu təxminən 280 km-dir və texniki cəhətdən mümkün olan bütün yerlərdə fasiləsiz fiziki maneə təmin edir.

Layihənin dəyəri əvvəllər 146 milyon avro olaraq qiymətləndirilirdi.

QAZİLER.AZ

 

Seçilən
42
qaziler.az

1Mənbələr