AZ

Yəmən BƏƏ qüvvələrinin 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib

Yəmənin Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi BƏƏ hərbi qüvvələrininin 24 saat ərzində Yəməni tərk etməsini tələb edib.


APA bu barədə “Al Arabiyya” kanalına istinadən xəbər verir.


Əl-Alimi telemüraciətində “Yəmən aşındırma müharibəsində yeni cəbhələrin açılmasına dözə bilməz” və “biz Səudiyyə Ərəbistanının başçılıq etdiyi kolaisiya sayəsində güclüyük” ifadələrini işlədib.


Yəmənin Prezident Şurasının sədri BƏƏ tərəfindən Cənubi Keçid Şurasına gəmilərlə silah-sursat göndərilməsini gərginliyi artıran addım kimi qiymətləndirib.


“BƏƏ-nin münaqişədəki rolu Yəmən xalqına qarşı yönəlib” əl-Alimi iddia edib.


Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya BƏƏ-dən Yəmənin əl-Mukalla limanına silah-sursat daşıyan iki gəmiyə hava hücumu həyata keçirib.


Silahlar BƏƏ-nin dəstəklədiyi Cənubi Keçid Şurasına ötürülməli idi.

Seçilən
22
apa.az

1Mənbələr