AZ

Latviya Rusiya ilə sərhəddə hasar TİKİB

Ajans.az xəbər verir ki,bu barədə layihəyə cavabdeh olan dövlət şirkəti Valsts Nekustamie Ipasumi (VNĪ) məlumat yayıb. Məlumata görə, İgate şirkəti tərəfindən inşa edilən 99 kilometrlik hasarın son 72 kilometrlik hissəsi istifadəyə verilib. Ümumilikdə Latviya–Rusiya sərhədində hasarın uzunluğu təxminən 280 kilometr təşkil edir və texniki cəhətdən mümkün olan bütün ərazilərdə fasiləsiz fiziki maneə yaradılıb. Layihənin ümumi dəyəri daha əvvəl 146 milyon avro olaraq qiymətləndirilmişdi. Latviyanın daxili işlər naziri Rihards Kozlovskis bildirib ki, Rusiya və Belarusla sərhədlərdə hasarların tikintisinin başa çatdırılması milli təhlükəsizliyin gücləndirilməsinə və Avropa İttifaqının xarici sərhədlərinin qorunmasına mühüm töhfə verir. Onun sözlərinə görə, sərhəd əraziləri müasir texnoloji müşahidə sistemləri ilə təchiz olunmağa davam edəcək. Eyni zamanda patrul yolları, körpülər və müxtəlif mühəndis qurğuları da daxil olmaqla əlavə infrastrukturun inkişafı üzərində işlər aparılır. Bildirilir ki, bu yay Rusiya ilə sərhədin daha 41 kilometrlik hissəsində, xüsusilə bataqlıq ərazilərdə işlərin son mərhələsinə start verilib. Əsas tikinti işlərinin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.

 

Seçilən
59
Ajans.az

1Mənbələr