AZ

Gürcüstandan 63 xarici ölkə vətəndaşı deportasiya edildi

BAKI, 30 dekabr. TELEQRAF

Gürcüstan Daxili İşlər Nazirliyinin ( DİN) Miqrasiya Departamentinin əməkdaşları müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində son günlər ərzində 63 xarici ölkə vətəndaşını Gürcüstan ərazisindən deportasiya ediblər.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Gürcüstan DİN yayıb.

Bildirilib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları da daxil olmaqla, ümumilikdə 63 nəfər ölkədən çıxarılıb.

Seçilən
188
1
teleqraf.com

1Mənbələr