Bakı. Trend:
“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətənəmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinəbayram sovqatları çatdırıb. 2023-cü ildən etibarən “PAŞA Holding”44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir.Proqram çərçivəsində, Dünya azərbaycanlılarının həmrəyliyi günü vəYeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfərgünü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holding” və“Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdimolunur.
Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətiilə təqdim edilən sovqatlar dekabr ayının əvvəlindən “Bravo”supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimaiBirliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinəçatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsullarıdaxildir.
Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirlərizamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırdalayihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabrtəxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərinümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələridaxildir.