Geridə qoyduğumuz ili 6 titulla başa vuran PSJ klubunun fanatlarının bu uğuru qeyd etmək istəkləri uğursuz olub.
Publika.az xəbər verir ki, tarixi nailiyyətin şərəfinə bir qrup azarkeş Eyfel qülləsi yaxınlığında toplaşaraq atəşfəşanlıq və digər pirotexniki vasitələrdən istifadə etməklə bayram edib. Nəticədə toplaşanların böyük hissəsi polis tərəfindən saxlanılıb.
Yoxlamalardan və izahatlardan sonra əksəriyyəti azadlığa buraxılıb, çünki onların qəsdən qayda pozmadıqları müəyyən edilib.
12 nəfər barəsində məsuliyyət tədbirləri görüləcək və onların arasında iki azyaşlı da var.