Operativmedia portalından alınan məlumata görə, ain.az xəbər verir.
2025-ci il Azərbaycan üçün həm daxili, həm də xarici siyasət, eləcə də iqtisadi və sosial sahələrdə mühüm dönüş nöqtələri ilə yadda qaldı. Qlobal miqyasda münaqişələrin, təhlükəsizlik risklərinin və iqtisadi qeyri-sabitliyin artdığı bir şəraitdə Azərbaycan regional sülh gündəliyinin irəlilədilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və sosial rifahın gücləndirilməsi istiqamətində ardıcıl və prinsipial addımlar atdı.
2025-ci il həm diplomatik uğurların, həm də postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq və dayanıqlı inkişaf strategiyasının real nəticələrinin aydın şəkildə göründüyü il kimi tarixə düşdü.
Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib ki, Azərbaycan 2025-ci ildə Prezident İlham Əliyevin liderliyi ilə beş il əvvəl əldə edilən tarixi Qələbəni ardıcıl və uğurla möhkəmləndirib.

Onun sözlərinə görə, son bir il ərzində ölkə tərəfindən intensiv diplomatik fəaliyyət həyata keçirilib, ikitərəfli və çoxtərəfli formatlarda görüşlər keçirilib, mühüm razılaşmalar və dövlətlərarası sənədlər imzalanıb. Təkcə statistik göstəricilərə nəzər saldıqda, Prezidentin iştirak etdiyi 145-ə yaxın görüş və tədbirin baş tutduğu görünür. Bu görüşlərin 48-i xarici ölkə rəhbərləri, dövlət və hökumət başçıları ilə keçirilib.
Eyni zamanda, ölkə daxilində genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir. Azad edilmiş ərazilər tədricən siyasi və diplomatik mərkəzlərə çevrilir, burada beynəlxalq tədbirlər və yüksək səviyyəli görüşlər təşkil olunur. Bu artıq mühüm protokol və siyasi ənənə halını alıb.
Zahid Oruc xüsusilə avqustun 8-də əldə olunan razılaşmaları ilin əsas siyasi hadisəsi kimi dəyərləndirib. Onun fikrincə, Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin əldə etdiyi Qələbənin legitimliyi beynəlxalq səviyyədə bu qədər açıq və birmənalı şəkildə tanınıb. Bu, nə ABŞ diplomatik tarixində, nə də Azərbaycanın son 30 illik beynəlxalq münasibətlər təcrübəsində analoqu olan bir hadisədir.
Deputat qeyd edib ki, Avropa İttifaqının daxilində və bəzi dairələrdə Azərbaycana qarşı qərəzli yanaşmalar hələ də mövcuddur. Xüsusilə Fransanın Ermənistan üzərindən ölkəmizə təzyiq göstərmək cəhdləri uzun müddət müşahidə edilib. Lakin 2025-ci ildə bu cəhdlərin xeyli zəiflədiyi və münasibətlərin normallaşması istiqamətində meyllərin gücləndiyi açıq şəkildə görünür.
Əldə olunan siyasi və iqtisadi razılaşmalar 2026-cı ildə sülh müqaviləsinin imzalanması, regionda tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Azərbaycan məhsullarının ilk dəfə Ermənistan ərazisindən keçməklə üçüncü bazarlara çıxarılması üçün real imkanlar yaradır. Bu proseslərin cəmiyyətlər tərəfindən getdikcə daha çox qəbul edilməsi düşmənçilik sindromunun tədricən aradan qalxdığını göstərir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev isə bildirib ki, Cənubi Qafqazda sülhün bərqərar olduğu bir dövrdə dünya miqyasında münaqişələr və humanitar böhranlar dərinləşməkdə davam edir.

Onun sözlərinə görə, BMT-nin məlumatlarına əsasən, hazırda dünyada 120 münaqişə ocağı mövcuddur və təxminən 300 milyon insan humanitar böhran şəraitində yaşayır. Dünya əhalisinin hər səkkiz nəfərindən biri ərzaq təhlükəsizliyi problemi ilə üzləşir.
Deputat vurğulayıb ki, 2025-ci il Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində mühüm nəticələrin əldə edildiyi il olub. 2020 və 2023-cü illərdə hərbi müstəvidə qazanılan nailiyyətlər 2025-ci ildə diplomatik masa arxasında beynəlxalq səviyyədə təsdiqlənib. Xüsusilə avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar beynəlxalq hüquqa əsaslanan Azərbaycan sülh gündəliyinin Ermənistan tərəfindən qəbul edilməsi və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi baxımından tarixi dönüş nöqtəsi olub.
Rizvan Nəbiyev bildirib ki, mart ayında tam razılaşdırıldığı elan edilən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” Vaşinqtonda paraflanıb. Avqustun 8-də isə Minsk Qrupu və ona bağlı strukturların fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanladıqları müraciət sentyabrın 1-də təmin olunub.
Bundan əlavə, Zəngəzur dəhlizi və TRİPP marşrutu kimi tanınan beynəlxalq nəqliyyat-tranzit layihələri regionun izolyasiyadan çıxarılması və davamlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Nigar Arpadarai isə bildirib ki, Azərbaycan son illərdə diplomatik cəbhənin bütün istiqamətlərində ciddi uğurlar qazanıb.

Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bu dəyişikliklər hər zaman müsbət istiqamətdə baş vermir. Ticarət və diplomatik müharibələr dərinləşir, Avropada müharibə artıq dördüncü ildir ki, davam edir, yüz minlərlə insan həyatını itirib, milyonlarla insan qaçqına çevrilib. Qərb ölkələrinin daxili siyasi həyatında isə sağ və mühafizəkar ideologiyalar güclənməkdədir.
Bu mürəkkəb beynəlxalq fonda Azərbaycan diplomatiyası çevik, prinsipial və nəticəyönümlü siyasət yürüdüb. Xüsusilə ABŞ istiqamətində əldə olunan irəliləyişlər Prezident İlham Əliyevin şəxsi diplomatik nüfuzunun və siyasi təcrübəsinin bariz göstəricisi kimi qiymətləndirilir.
Deputat vurğulayıb ki, Azərbaycan Avropa siyasətçilərinin uzun illər ölkəmizə qarşı göstərdiyi təzyiqləri neytrallaşdırmağa nail olub. Avropa artıq dərk edir ki, Azərbaycan Avropa təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Həm etibarlı enerji təchizatçısı, həm də regionda sabitləşdirici siyasi aktor kimi.
Azərbaycan–Rusiya münasibətlərində müşahidə olunan mürəkkəblik isə ölkəmizin artan regional çəkisinin və yeni geosiyasi reallıqların təbii nəticəsidir. Eyni zamanda, Çinlə münasibətlərin yeni mərhələyə yüksəlməsi, Mərkəzi Asiya və türk dövlətləri ilə inteqrasiya layihələrinin genişlənməsi Azərbaycanın xarici siyasətinin strateji prioritetlərini təşkil edir.
Nigar Arpadarai qeyd edib ki, Ermənistan üçün çıxış yolu qonşularla, ilk növbədə Azərbaycan və Türkiyə ilə real və səmimi əməkdaşlıqdan keçir. Bunun üçün isə təkcə bəyanatlar deyil, konkret addımlar kommunikasiya xətlərinin açılması və regional əməkdaşlığın bərpası zəruridir.
Yekun olaraq deputat vurğulayıb ki, qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan Prezidentinin təcrübəsi, siyasi iradəsi və beynəlxalq nüfuzu ölkənin xarici siyasət mövqelərinin daha da möhkəmlənməsini təmin edəcək.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi stiqaməti üzrə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.