AZ

PKK liderindən gözlənilən AÇIQLAMA – Suriyadakı vəziyyətə TOXUNACAQ

Abdullah Öcalanın Yeni il mesajı açıqlanacaq.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. İmralıdan gələn mesajda Suriya və SDG ilə bağlı mühüm qiymətləndirmələrin olacağı bildirilir.

Məlumata görə, PKK lideri Abdullah Öcalanın Yeni il münasibətilə hazırladığı mesajın bu gün saat 11:00-da (Bakı vaxtı ilə 12.00) ictimaiyyətə açıqlanması gözlənilir.

Bildirilir ki, Öcalanın müraciətində Suriya Demokratik Qüvvələri (SDG/SDF) və Suriyadakı ümumi vəziyyətlə bağlı qiymətləndirmələr yer alacaq.

Onun verəcəyi mesajların regiondakı proseslər üçün əhəmiyyət kəsb etdiyi vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
154
interpress.az

1Mənbələr