AZ

Britaniyalı qeyri-adi dünya səyahətinə hazırlaşır

Hər şey 2009-cu ildə britaniyalı velosipedçi Pol Spenserin Britaniyanı velosipedlə dörd günə keçərək mərc udması ilə başladı.

QHT.az xəbər verir ki, bu uğur onu Avropa, Şimali Amerika və Afrika üzrə uzunmüddətli velosiped səyahətlərinə ruhlandırdı. İndi Spenser Avstraliya və Antarktida istisna olmaqla, bütün dünyanı dolaşmağı planlaşdırır. O, üç ilə başa çatacaq bu səyahətlə Lupus Fondu üçün vəsait toplamaq və ən sürətli dünya velosiped turu üzrə Ginnes rekordu qırmaq niyyətindədir. Okeanları keçmək üçün velosiped əvəzinə pedalla işləyən “Tasman Rower” trimaranından istifadə edəcək.

Ümumilikdə, Spenser 80 min kilometrdən çox məsafə qət etməyi və səyahətə 2027-ci ilin əvvəlində ABŞ-da başlamağı planlaşdırır.

Seçilən
21
qht.az

1Mənbələr