Xocavənd rayonunun Kiş kəndi (50 ev - 8415m2), Tuğ qəsəbəsi üzrə fərdi yaşayış evlərinin təmir işlərinə 7 239 142 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, işləri iki şirkət – “Qarabağ Enerji Təchizat” MMC və “Nakhısh” Mənzil-Tikinti Kooperativi həyata keçirəcək.
“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” public hüquqi şəxsi və şirkətlər arasında bağlanan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 30 Dekabr 2025, 10:08