AZ

Azərbaycanın qeyri-neft məhsulları ixracı 7%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq3,3 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-noyabraylarında yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyardABŞ dollarına bərabər olub.

Trend bubarədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi(İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.

Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiqdövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardanhazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%, kimyasənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıqiplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dollarıvə ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞdolları və ya 2% artıb.

2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac27,1% artaraq 892,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarıüzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dollarına bərabərolub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı19,4% artaraq 1.2 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aidmalların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub.Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci,karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdəqərarlaşıb.

2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neftsektoruna aid malların siyahısında xurma (40,9 milyon ABŞ dolları)birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları)ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞdolları) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin on bir ayında Rusiya Federasiyasına 1,1 milyard ABŞdolları, Türkiyəyə 546,1 milyon ABŞ dolları, İsveçrəyə 315,3 milyonABŞ dolları, Gürcüstana 306,1 milyon ABŞ dolları, Ukraynaya isə190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid malixrac olunub.

2025-ci ilin noyabr ayında Rusiya Federasiyasına 109,7 milyonABŞ dolları, Türkiyəyə 59,8 milyon ABŞ dolları, Gürcüstana 32,6milyon ABŞ dolları, İsveçrəyə 26,9 milyon ABŞ dolları, Ukraynayaisə 18,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid malixrac edilib.

2025-ci ilin yanvar-noyabr ayları üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani LimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "PrimeCotton” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku SteelCompany" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, “STPAlüminium” MMC,“TABATERRA”QSC, "UYTROP" Məhdud MəsuliyyətliCəmiyyəti, "KHAN-EL" MMC ,"P-AQRO" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıdaaşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası DövlətNeft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambıq Aqrar SənayeKompleksi" MMC, “Socar-Dalğıc” MMC, "İstisu" mineral su zavodu MMC,"Azərbaycan Dəmir yolları" QSC, Naxçıvan MR Dövlət EnergetikaXidməti.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan RespublikasınınKosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 16,4milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləriixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlironun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabrayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dollarıdəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracınınilk beşliyində 4.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları iləİsveç, 772 min ABŞ dolları ilə Türkiyə, 759,8 min ABŞ dolları iləNigeriya qərarlaşıb.

Məqalədə:
Seçilən
64
2
az.trend.az

10Mənbələr