AZ

ABŞ Avropa Birliyinə xəbərdarlıq etdi: ” Rusiya  Avropa Birliyinə nüvə zərbəsi vura bilər”

ABŞ, Avropa İttifaqını (Aİ) Rusiya ilə münaqişəyə girməmək barədə xəbərdar edib. Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Katibinin keçmiş Baş Qərargah rəisi Kolin Pauell və təqaüddə olan ABŞ ordusunun polkovniki Lorens Uilkerson, YouTube-da verdikləri açıqlamalarda Avropanın Rusiya ilə qarşıdurmaya girməsi halında nüvə nümayişi ilə üzləşə biləcəyini vurğulayıblar.

Uilkerson, Avropa ölkələrinin hazırda Moskva ilə gərginliyi artırdıqlarını, lakin bu addımın hansı nəticələrə gətirib çıxaracağını tam anlamadıqlarını bildirib. O, “Hər halda, onlar ehtimal ki, Baltikyanı ölkələrdə saxta bayraq əməliyyatı keçirməyi planlaşdırırlar”, – deyə qeyd edib.

ABŞ polkovniki, Avropa liderlərinin siyasi dogmalara uyaraq real vəziyyətdən uzaqlaşdıqlarını və bu addımların son dərəcə təhlükəli olduğunu vurğulayıb. O, Aİ-nin “odla oynadığını” və ciddi nəticələrlə qarşılaşa biləcəyini bildirib.

Bundan əvvəl, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas, Rusiya ilə əlaqədar verdiyi bəyanatlarla müharibəni qızışdırmaqda ittiham olunmuşdu. Kallas, bəzi ölkələri Rusiya prezidenti Vladimir Putinlə diplomatik görüşləri ləğv etməyə inandırdığını iddia etmişdi.

Seçilən
79
veteninfo.az

1Mənbələr