AZ

Hüquqşünas: “2026-cı il maskaların yırtıldığı il olacaq”

Hüquqşünas Aydın Kərimov qarşıdan gələn 2026-cı il münasibətilə fikirlərini QHT.az-a bölüşüb.

O bildirib ki, insanlar hər yeni ili böyük ümidlərlə qarşılayır, lakin yola saldıqları ilin də əslində pis olmadığını tez unudurlar:

"Hər gələn ili xüsusi ümidlə qarşılayıb möcüzələr gözləyən insanlar indi yola saldıqları ili də bir il əvvəl beləcə gözlədiklərini unudurlar. Elə bil ötən ildən can qurtardıqlarına sevinirlər. Halbuki, ötən il heç də pis il olmayıb. Həm ölkəmiz üçün, həm hər birimiz üçün.

Əslində, gözlənilən yeni planların icrası, köhnə arzuların reallaşmasıdır.

Hər birimiz istəyirik ki, dünyada təbii fəlakətlər, müharibələr, xəstəliklər olmasın. Dövlətimiz güclü, sərhədlərimiz toxunulmaz olsun. Ölkəmizdə əmin-amanlıq, sabitlik, rifah, qaynar əmək həyatı olsun. İnsanlar sevinclə çalışsın, sevərək yaşasınlar, maddi və mənəvi tələbatları minimum ödənilsin.

Hamı istəyir ki, insan ləyaqəti uca tutulsun, insan olduğuna qürur duysun, həyatda və dövlətdə ədalət olsun. Hər cür insani və qeyri insani naqisliklərdən uzaq olaq. Hər kəs öz dünyasında özünü xoşbəx saya bilsin, hər xoş ana, hər incə təbəssümə sevinə bilsin".

Hüquqşünas qeyd edib ki, insanların xoşbəxt olması üçün əslində çox az şeyə ehtiyac var və bu dəyərlərə sahib olanlar 2026-cı ilin — Alovlu At ilinin bütün arzuların gerçəkləşdiyi bir il olacağını görəcəklər.

"Vay naqislərin, xainlərin, naşükürlərin, ədalətsizlərin, şərəfsizlərin halına! 

Maskalar yırtılan ildi 2026-cı il.

Yeni iliniz mübarək!"

Seçilən
56
qht.az

1Mənbələr