AZ

Banqladeşin keçmiş baş naziri VƏFAT EDİB

Ajans.az xəbər verir ki,bu barədə BNP-nin rəsmi Facebook səhifəsində məlumat yayılıb. Bildirilib ki, “BNP sədri və keçmiş Baş nazir Begum Xaleda Ziya bu gün səhər saat 6-da, sübh namazından dərhal sonra dünyasını dəyişib”. Qeyd edək ki, sözügedən sosial şəbəkə Meta korporasiyasına məxsusdur və Rusiya ərazisində qadağan edilib. Xatırladaq ki, dekabrın 2-də BNP sədrinin müavini Əhməd Əzəm Xan Xaleda Ziyanın uzun müddətdir qaraciyər, böyrək və ürək problemlərindən əziyyət çəkdiyini, Dəkkədə yerləşən xəstəxananın koronar şöbəsində intensiv müalicə aldığını açıqlamışdı. Onun sözlərinə görə, keçmiş baş nazirin vəziyyəti kritik qiymətləndirilirdi. Begum Xaleda Ziya 1991-ci ildə Banqladeşin Baş naziri olub və ölkə tarixində bu vəzifəni tutan ilk qadın kimi tarixə düşüb. O, 1996-cı ildə müxalifətin kütləvi etirazları fonunda istefa verməyə məcbur qalıb. 2001-ci ildə yenidən hakimiyyətə qayıdan Xaleda Ziya 2006-cı ilə qədər Baş nazir vəzifəsini icra edib. 2007-ci ilin sentyabrında o, korrupsiya ittihamları ilə həbs edilərək azadlıqdan məhrum olunub, bir il sonra isə girov müqabilində sərbəst buraxılıb. Sonrakı illərdə keçmiş baş nazir barəsində onlarla cinayət işi açılıb. Begum Xaleda Ziyanın vəfatı Banqladeşdə siyasi ictimaiyyət üçün ciddi itki kimi qiymətləndirilir.

 

Seçilən
135
Ajans.az

1Mənbələr