AZ

Səudiyyə Ərəbistan BƏƏ-dən yola çıxan iki gəmiyə zərbə endirib

Ajans.az xəbər verir ki,bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyi məlumat yayıb. Agentliyin koalisiya nümayəndələrinə istinadən bildirdiyinə görə, əməliyyat çərçivəsində Əl-Mukkəllə limanı ərazisində mülki şəxslərə təhlükəsizlik məqsədilə bölgəni tərk etmək çağırışı edilib. Məlumata əsasən, koalisiya rəsmi icazə olmadan Birləşmiş Ərəb Əmirliklərindən Yəmənin Əl-Mukkəllə limanına doğru hərəkət edən iki gəmiyə hava zərbələri endirib. SPA koalisiya sözçüsü Turki əl-Malikiyə istinadən xəbər verir ki, əməliyyat zamanı həmin gəmilərdən boşaldılan silah-sursat və hərbi texnika hədəfə alınıb. Onun sözlərinə görə, gəmilərin heyəti izləmə sistemlərini söndürərək Hadramaut və Əl-Mahra əyalətlərində fəaliyyət göstərən Cənubi Keçid Şurası qüvvələrini dəstəkləmək məqsədilə böyük həcmdə silah və hərbi texnika boşaldıb. Koalisiya bu addımın Yəməndə münaqişənin daha da genişlənməsinin qarşısını almaq məqsədi daşıdığını bəyan edib. Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.

 

Seçilən
72
Ajans.az

1Mənbələr