Bakı. Trend:
Bayram günlərində əhalinin sağlamlığının qorunması məqsədiləTƏBİB rəhbərliyi tərəfindən tibb müəssisələrinə müvafiq tapşırıqlarverilib. Vətəndaşların təcili tibbi yardıma fasiləsiz çıxışınıtəmin etmək üçün müvafiq təşkilati tədbirlər görülüb.
Trend xəbərverir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bundan əlavə, tibb müəssisələrində təcilitəxirəsalınmaz tibbi yardım, reanimasiya və intensiv terapiya,təxirəsalınmaz cərrahi yardım, travmatoloji yardım, kardioloji vənevroloji təcili yardım, toksikoloji yardım, təcili pediatrikyardım, təcili mamalıq-ginekoloji yardım, habelə laboratoriya vəradioloji təxirəsalınmaz diaqnostika xidmətlərinin gücləndirilmişiş rejimində fəaliyyəti təmin ediləcəkdir.
Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi YardımMərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyri-iş günlərində xidmətin operativliyinin və keyfiyyətinintəmin edilməsi məqsədilə məsul vəzifəli şəxslərdən ibarətnövbətçilik sistemi təşkil olunub, həkim briqadalarının sayı mövcudehtiyaclara uyğun olaraq formalaşdırılıb. Təcili tibbi yardımbriqadaları tibbi avadanlıqlar, dərman preparatları və digər zəruritibbi vasitələrlə tam təmin edilib.
Hazırda Bakı şəhəri üzrə təxminən 140 təcili tibbi yardımbriqadası, ölkənin 61 regionu üzrə isə 270-ə yaxın briqada xidmətəhazır vəziyyətə gətirilib.
Bayram günlərində həm ölkə daxilindən, həm də xarici ölkələrdən,xüsusilə Bakı şəhərinə gələn şəxslərin sayında artım müşahidəolunduğundan, maddi-texniki təminat və kadr resursları bu artımauyğun şəkildə planlaşdırılıb.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fasiləsiz,operativ və səmərəli fəaliyyəti nəzarətdə saxlanılacaq, fövqəladəhallara çevik reaksiya verilməsi təmin ediləcəkdir.