Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.
QOL.az xəbər verir ki, Misir yığması qrupun son matçında Anqola ilə bərabərə qalıb – 0:0. Qarşılaşmada misirlilərin əsas ulduzu Məhəmməd Salah bütün 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.
Bu oyunda qol vurulmasa da, Misir komandası B qrupunda 1-ci yeri qoruyub saxlayaraq pley-off mərhələsinə vəsiqəni təmin edib.
Qrupun paralel oyununda isə Cənubi Afrika Respublikası yığması dramatik görüşdə Zimbabveni 3:2 hesabı ilə məğlub edib və turnirdə mübarizəni davam etdirmək hüququ qazanıb.