Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının komandanlığı Yəmənin şərqində yerləşən Hədrəmavt əyalətində hərbi əməliyyatın başladığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Dövlət Xəbər Agentliyi (SPA) məlumat yayıb.
Əməliyyat Cənub Keçid Şurasının qüvvələri tərəfindən Əl-Mükəlla limanının ələ keçirilməsi fonunda başladılıb.
Mülki əhali Hədrəmavtın inzibati mərkəzi olan Əl-Mukalla şəhərinin liman ərazisini tərk etməyə çağırılıb.