Bakı. Trend:
“Bornmut”un vingeri Antuan Semenyo qış transfer pəncərəsində“Mançester Siti”yə keçidlə bağlı razılığa gəlib.
Trend "SkySport"a istinadən xəbər verir ki, futbolçunun şəxsi müqaviləşərtləri problem yaratmır. “Şəhərlilər” 65 milyon funt sterlinqməbləğində sərbəstqalma haqqının ödənilməsinin detalları ilə bağlıdanışıqlar aparırlar.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada Semenyo 17 matçdaiştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yaddaqalıb.