AZ

Azərbaycanda avtomobillər bahalaşacaq, alıcılıq qabiliyyəti aşağı düşəcək

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.

 

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

 

2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, edilən dəyişikliklər avtomobil bazarında qiymət artımına səbəb olacaq:

Bakı

“Buraxılışı 10 ildən çox olan avtomobillər ölkəyə buraxılmır. Buna məhdudiyyət qoyulub. Eyni zamanda hibrid elektrik avtomobillərinə də qoyulan güzəşt yanvarın 1-dən aradan qalxır. Edilən güzəştlər və tətbiq edilən məhdudiyyətlər avtomobil parkının yenilənməsinə böyük dəstək verib. Hazırda şəhərdə yeni avtomobillərin sayını çox görürük. Düzdür, istifadədə olan nəqliyyat vasitələri  daha aktiv gözlə görünür. Amma faiz etibarilə yenə köhbə avtomobillərin sayı çoxdur. Buraxılış ili 7 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan aksiz vergisi də yenə eyni xidmətə qulluq edir. Dəyişikliklər müəyyən qədər qiymətlərin qalxmasına, idxal olunan avtomobilərin sayının azalmasına səbəb olacaq. Alıcılıq qabiliyyəti bu səbəbdən aşağı düşəcək. Ancaq məqsədimiz o deyil ki, avtomobillərin qiyməti ucuz və əlçatan olsun, hər kəs alsın. Onsuzda avtomobil sıxlığından bu qədər əziyyət çəkirik. Bunun da səbəbi avtomobillərin çox olmasıdır. Xarici dövlətlərdə də vergilərin çox olduğunu görürük”.

 

Şəhanə Quliyeva

Tarix: 30 Dekabr 2025, 08:02   
Seçilən
99
1
pravda.az

2Mənbələr