Bakı. Trend:
“Fənərbağça” “Milan”ın hücumçusu Kristofer Nkunkuya maraqgöstərir. İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko futbolçuilə əlaqə saxlayıb. Tedesko Nkunkunu “Leyptsiq”dəki birgə işindəntanıyır.
Trend xəbər verir ki,mütəxəssis futbolçuya yenidən birlikdə çalışmağı təklif edib vəfransız buna müsbət cavab verib.
İndi vəziyyət iki klub arasında aparılacaq danışıqlardanasılıdır. Bu mövsüm Nkunku A Seriyasında 12 oyunda 2 qol vurub və 2məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbolçu bu yay “Milan” tərəfindən “Çelsi”dən 37+5milyon avroya transfer olunub.