“Barselona”nın 18 yaşlı oyunçusu Lamin Yamal 2025-ci ildə əla performans nümayiş etdirib.
İdman.Biz-in Opta-ya istinadən verdiyi məlumata görə, ispaniyalı cinah oyunçusu təqvim ili ərzində bütün yarışlarda 21 qol vurub və 21 məhsuldar ötürmə edib.
Yamal bununla da Avropanın ən yaxşı beş liqasından 20+20 həddini keçən ikinci oyunçu olub. Əvvəllər yalnız “Bavariya”nın fransalı yarımmüdafiəçisi Maykl Olise bu uğura imza atmışdı və ili 21 qol və 24 məhsuldar ötürmə ilə başa vurmuşdu.
Qeyd edək ki, 2025-ci il “Qızıl top” mükafatı üçün keçirilən səsvermədə Lamin Yamal Usman Dembeledən sonra ikinci, Maykl Olise isə otuz namizəd siyahısında sonuncu yerdə qərarlaşıb.