AZ

Türkiyə HÜRJET təyyarələrinin İspaniyaya ixracı üzrə 2,6 milyard avroluq müqavilə imzalayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə ilə İspaniya arasında müdafiə sənayesi sahəsində mühüm ixrac müqaviləsi imzalanıb.

TurkicWorld-un məlumatına görə, Türkiyənin ilk milli reaktiv təlim təyyarəsi HÜRJET üçün İspaniya ilə 30 ədədlik, 2,6 milyard avro dəyərində müqavilə bağlanıb.

Bunu Türkiyə Respublikasının Müdafiə Sənayesi rəhbəri Haluk Görgün sosial şəbəkə hesabında açıqlayıb.

Məlumata əsasən, müqavilə çərçivəsində HÜRJET təyyarələrinin İspaniya Hava və Kosmik Qüvvələrinin inventarına daxil edilməsi nəzərdə tutulur. İxracın 2028-ci ildən etibarən başlanması planlaşdırılır.

Qeyd edilib ki, razılaşma yalnız hava platformalarının satışını deyil, eyni zamanda pilot hazırlığı üçün inteqrasiya olunmuş təlim sistemləri, yerüstü simulyasiya infrastrukturu, texniki xidmət, istismar və uzunmüddətli əməliyyat dəstəyi komponentlərini də əhatə edir.

Rəsmi açıqlamada vurğulanıb ki, milli imkanlarla istehsal edilən HÜRJET-in Avropa və NATO üzvü olan bir ölkə tərəfindən seçilməsi, Türkiyənin müdafiə sənayesində ixrac potensialının artdığını göstərir.

Seçilən
32
22
turkic.world

10Mənbələr