İtaliya A Seriyasında 17-ci turun son oyunu keçirilib.
Apasport.az xəbər verir ki, turun bağlanış qarşılaşmasında "Roma" doğma meydanda "Cenoa"nı 3:1 hesabı ilə məğlub edib.
“Roma” matça sürətli başlayıb. 14-cü dəqiqədə Matias Soule hesabı açıb. Ardınca 19-cu dəqiqədə Manu Kone fərqi artırıb. İlk hissənin sonlarında, 31-ci dəqiqədə Evan Ferqyuson üçüncü qolu vuraraq paytaxt təmsilçisinə rahat üstünlük qazandırıb.
“Cenoa” yalnız oyunun sonlarında fərqlənə bilib. Qonaqların heyətində 87-ci dəqiqədə Jeff Ekator təsəlli qoluna imza atıb.
"Beşiktaş"ın müdafiəçisi İstanbul klubunun hədəfində
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qoşulub
Almaniya klubu II Bundesliqanın bombardirini transfer edib
“Arsenal” və “Mançester Siti”nin sabiq futbolçusu baş məşqçi təyin olunub
"Fənərbaxça" "Milan"ın hücumçusu ilə maraqlanır