AZ

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

“Fənərbağça” “Milan”ın hücumçusu Kristofer Nkunkuya maraq göstərir. İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko futbolçu ilə əlaqə saxlayıb. Tedesko Nkunkunu “Leyptsiq”dəki birgə işindən tanıyır.

Paralel.az xəbər verir ki , mütəxəssis futbolçuya yenidən birlikdə çalışmağı təklif edib və fransız buna müsbət cavab verib.
 

İndi vəziyyət iki klub arasında aparılacaq danışıqlardan asılıdır. Bu mövsüm Nkunku A Seriyasında 12 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


Qeyd edək ki, futbolçu bu yay “Milan” tərəfindən “Çelsi”dən 37+5 milyon avroya transfer olunub.

Seçilən
46
50
paralel.az

10Mənbələr