AZ

Yeni klubunda rekordçu oldu

“Real”ın “Lion”a icarəyə verdiyi Endrik yeni komandasında oynamadan klubun tarixinə düşüb.

"Football-plus.az" xəbər verir ki, “Lion” dekabrın 23-də rəsmi sosial media hesabı vasitəsilə Endrikin transferini elan edib.

Braziliyalı hücumçunun transfer videosu azarkeşlər arasında böyük maraq doğurub və klub tarixində ən çox izlənilən sosial media videosu olub. Endrikin çəkildiyi video 4 günə 1,1 milyondan çox baxış sayı toplayaraq klubun yeni rekordunu müəyyən edib.

19 yaşlı futbolçunun “Lion”da debütünü yanvarın 3-də “Monako” ilə oyunda edəcəyi gözlənilir.

Seçilən
45
6
football-plus.az

10Mənbələr