AZ

Sosial mediadan hər şeyi sildi: Leon Qoretskanın yeni ünvanı bəlli olur

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Premyer Liqası təmsilçisi yanvar ayı üçün heyətini gücləndirmək istiqamətində ciddi addımlar atır.

Fanat.Az xəbər verir ki, "Tottenhem" klubu "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretskanın nümayəndələri ilə birbaşa danışıqlara başlayıb. 30 yaşlı almaniyalı futbolçunun baş məşqçi Vinsent Kompaninin rəhbərliyi altında komandadakı rolu azalıb və o, Münhen klubu ilə münasibətlərinin tamamilə pisləşməsindən sonra karyerasında "yeni səhifə" açmaq niyyətindədir.

Leon Qoretskanın sosial media hesablarından "Bavariya" ilə bağlı bütün paylaşımları silməsi və müqaviləsinin son 6 ayına daxil olması transfer ehtimallarını daha da artırıb. "Tottenhem" rəhbərliyi təcrübəli oyunçunun fiziki gücünü və çempionluq təcrübəsini orta xətt üçün ideal əlavə hesab edir.

Əgər Bavyera təmsilçisi yanvarda onun gedişinə icazə verərsə, London klubu bu transferi rəsmiləşdirmək üçün ən şanslı namizəd hesab olunur.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
fanat.az

1Mənbələr