AZ

Polşa prezidenti və baş naziri arasında sosial şəbəkədə mübahisə yaranıb

Bakı. Trend:

"X" sosial şəbəkəsində Polşa Prezidenti Karol Navrotski vərespublikanın baş naziri Donald Tusk arasında siyasət və tarixmövzusunda qızğın polemika yaranıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Polşalı dövlət başçısı, ilk dəfə deyil ki, kollektiv Qərbi Polşaüçün əsas təhdid adlandırır. Prezidentin bu sözlərini şərh edənTusk, hakim koalisiya ilə anti-Avropa blok arasında suverenlik,dəyərlər, Şərq və ya Qərb seçimi ilə bağlı ciddi mübahisəningetdiyinə diqqət çəkib.

Navrotski, baş nazirin bu açıqlamasına operativ reaksiya veribvə etiraf edib ki, Tuskun tarix fakültəsinin məzunu olmasınainanmaqda çətinlik çəkir.

"Siz Boleslav Xrabranı Şərq və Qərbdə mübarizədə, Böyük Polşaüsyançılarını isə almanlara (hərçənd onlar da Qərbə aiddir) qarşıPolşa uğrunda mübarizədə ittiham edirsiniz?", - deyə o soruşub.

Navrotski, Alman imperatorlarına və Kiyev Rusuna qarşı çıxanPolşanın ilk kralı Boleslav I-i nəzərdə tutub. "Böyük Polşaüsyançıları" dedikdə isə, dövlət başçısı XVIII, XIX və XX əsrlərdəmüstəqillik uğrunda mübarizə aparanları nəzərdə tutub.

Prezident əlavə edib ki, Tusk "qəsdən münaqişə yaradır".

Bununla yanaşı, o, baş nazirə xoş bazar günü arzulayıb, Tusk isəcavab olaraq "şirin yuxular" yazıb. Navrotski, Tuskun son sözüdeməsinə imkan verməyərək, ona da sakit gecə arzulayıb.

Məqalədə:
Seçilən
30
8
az.trend.az

10Mənbələr