AZ

“Tayvan sahillərindəki hərbi təlim Çinin daxili işlərinə müdaxiləyə cavabdır” XİN

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Tayvan sahillərində keçirilən hərbi təlimlər Çinin daxili işlərinə xarici müdaxiləyə cavabdır”.

525.az xəbər verir ki, bunun Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib.

"Bunlar milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün zəruri tədbirlər, eləcə də Çini çəkindirmək, adanı silahlandırmaq və boğazdakı vəziyyəti təhlükəli müharibə həddinə çatdırmaq üçün Tayvandan istifadə etməyə çalışan xarici qüvvələrin hərəkətlərinə qətiyyətli cavabdır”, - rəsmi əlavə edib.

O, həmçinin Tayvandakı Demokratik Tərəqqi Partiyası administrasiyasını tənqid edərək, onun xarici qüvvələrlə yaxınlaşmada israrlı olduğunu söyləyib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
3
525.az

3Mənbələr