Bakı, 29 dekabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə 2026-cı il aprelin 23-25-də “İnnovativ sintez və funksional materiallar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
BMU-dan AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi müasir kimya, materialşünaslıq və əlaqəli sahələr üzrə aparılan elmi tədqiqatların müzakirəsini təşkil etmək, alimlər və gənc tədqiqatçılar arasında elmi əməkdaşlığı genişləndirməkdir.
Dünyanın müxtəlif yerlərindən olan nüfuzlu alimləri, gənc tədqiqatçıları və mütəxəssisləri bir araya gətirərəcək konfransda nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və hesablama materialları kimi sahələrdə material sintezi, dizaynı və tətbiqi sahəsindəki ən son nailiyyətlər müzakirə olunacaq.
Konfrans haqqında daha ətraflı məlumat əldə etmək, qeydiyyatdan keçmək və digər mühüm tarixlərlə buradan tanış olmaq mümkündür.