AZ

Həkimlər meyxana deməməyi tapşırdı... Vüqar Qobulu

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Səhhətində problem yaranan meyxana ustadı Vüqar Qobulu xəstəxanadan evə buraxılıb.

Kult.az xəbər verir ki, meyxanaçı Teleqraf-a açıqlamasında səhhətində yaranan problemin səbəbindən danışıb.

"Hazırda sistem köçürülür. Şəmkirdən toy məclisindən qayıdanda özümü pis hiss etdim. Xəstəxanaya aparılanda huşum özümdə deyildi. İndi dostumun evindəyəm, müalicəm davam edir. Həkimlər mənə bir müddət meyxana deməməyi tapşırdı. Hazırda əsəb və ürək dərmanları qəbul edirəm. Yuxusuzluq və rejimin pozulması məni bu vəziyyətə saldı. Başımda qan dövranı düzgün işləmirdi. Buna görə baş gicəllənməsi yarandı və bu, indi də davam edir. İnşallah, müalicədən sonra keçib gedər", - V.Qobulu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
22
axar.az

10Mənbələr