AZ

Günəşdə güclü partlayış qeydə alınıb

Günəşdə 8 dekabrdan bəri ən güclü partlayış qeydə alınıb. Vətəninfo.az xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası bildirib.

“Bu səhər tezdən Günəşin şərq kənarında böyük M5.1 alovu qeydə alınıb. Bu, 8 dekabrdan bəri ən güclü alovlanmadır. Alovlanma aktivliyinin pik həddi Yeni il günündə baş verə bilər”, – deyə mesajda bildirilir.

Eyni zamanda, alovlanma aktivliyinin pik həddə çatmasına baxmayaraq, göstərilən dövrdə maqnit fırtınalarının əmələ gəlmə ehtimalının aşağı olduğu qeyd olunur.

Seçilən
34
20
veteninfo.az

10Mənbələr