Bakı. Trend:
Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fizikişəxslərdən nağd qaydada satın alına bilən malların siyahısıgenişləndiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsindəpeşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortahaqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Sənədə əsasən, tullantı yağları da sözügedən siyahıya əlavəediləcək.
Bildirilib ki, sahibkarlıq subyektləri ilə keçirilmiş bir sıragörüşlərdə vergi ödəyiciləri tərəfindən tullantı yağlarının 50faizə qədərinin vergi uçotunda olmayan fiziki şəxslərdən alındığıvə nağd ödənişlər üzrə müəyyən edilmiş aylıq 30 min manatlıqlimitin həmin əməliyyatlara görə ödənişlərin aparılmasındaçətinliklər yaratdığı bildirilib.
Qeyd olunan halda isə tullantı yağlarının qəbulunu həyatakeçirən vergi ödəyiciləri bu cür malları nağd qaydada alıb(müxtəlif fiziki şəxslərin adına) rəsmiləşdirmək məcburiyyətindəqalır.
Layihənin qəbul edilməsi nəticəsində vergi ödəyiciləriningündəlik praktik fəaliyyəti zamanı yaranan çətinliklərin aradanqalxması, tullantı yağlarının ixracının ölkəyə valyutagətirilməsinə müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.