AZ

Antibiotiklər təsirini itirir:"superbakteriyalar" təhlükəyə çevrilir

Dünyada antibiotiklərə davamlı bakteriyaların sürətlə artması ciddi narahatlıq doğurur. Həkimlərin bildirdiyinə görə, bəzi patogenlər artıq mövcud olan demək olar ki, bütün antibiotiklərə qarşı davamlılıq qazanıb və bu, ağır infeksiyaların müalicəsini xeyli çətinləşdirir.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Mütəxəssislər qeyd edirlər ki, bakteriyalar cəmi 72 saat ərzində antibiotiklərə qarşı müdafiə mexanizmi formalaşdıra bilir. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2050-ci ilə qədər antibiotiklərə davamlı infeksiyalar səbəbindən ölüm halları 10 milyonu keçə bilər.

Xüsusilə təhlükəli sayılan “superbakteriyalar” sırasında Escherichia coli, Klebsiella pneumoniae, Staphylococcus aureus, Pseudomonas aeruginosa və vərəm mikobakteriyaları yer alır. Bu patogenlər sepsis və ağır infeksiyalara səbəb olaraq, xəstəxanalarda ölüm riskini artırır.

Antibiotiklərə davamlılığın əsas səbəbləri isə dərmanların nəzarətsiz istifadəsi, müalicə kurslarının yarımçıq saxlanması və antibiotiklərin kənd təsrrüfatında geniş tətbiqi göstərilir.

Alimlər çıxış yolu kimi “ağıllı antibiotiklər”, bakteriofaqlar (bakteriyaları məhv edən viruslar), kombinə edilmiş müalicə üsulları və vaksinasiyanı perspektivli istiqamətlər kimi qiymətləndirirlər. Mütəxəssislər əhalini antibiotiklərdən yalnız həkim məsləhəti ilə və düzgün qaydada istifadə etməyə çağırırlar.

Seçilən
42
redaktor.az

1Mənbələr